WUF13-ün Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY
Far.Az xəbər saytı

WUF13-ün Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY


Gələn ay Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) qlobal miqyasda urbanizasiya və davamlı şəhər inkişafı məsələlərinin müzakirə olunacağı ən nüfuzlu platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, mayın 17-si və 22-si tarixlərində baş tutacaq bu forum ərəfəsində ölkədə hazırlıq işlərinin intensivləşməsi Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin daha da təkmilləşdiyini göstərir:

"İnfrastrukturun modernləşdirilməsi, logistikanın optimallaşdırılması və iştirakçıların yüksək səviyyədə qarşılanması istiqamətində görülən işlər bu tədbirin uğurla təşkil olunacağına əminlik yaradır".

Siyasi şərhçi hesab edir ki, forumun Azərbaycanda keçirilməsi yalnız texniki və təşkilati məsələ deyil, eyni zamanda mühüm siyasi və diplomatik mesajdır. Onun fikrincə, bu, ölkənin qlobal gündəmdə rolunun, xüsusilə də dayanıqlı inkişaf, şəhərsalma və yaşıl transformasiya sahələrində fəal iştirakının göstəricisidir:

"Azərbaycan bu platforma vasitəsilə həm öz təcrübəsini, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı əldə edir. Məlum olduğu kimi bu təcrübə artıq dünyanın diqqətini kifayət qədər cəlb edib".

Ü.Zülfiqar vurğulayıb ki, forumun Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır.

"Eyni zamanda, forum çərçivəsində qurulacaq beynəlxalq əlaqələr yeni investisiya layihələrinin təşviqinə və şəhərsalma sahəsində innovativ yanaşmaların tətbiqinə təkan verəcək.

WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi ilə yanaşı, qlobal şəhərsalma gündəliyinə töhfə vermək baxımından da əhəmiyyətlidir".

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər