2027-ci ildə Avropa Birliyinə daha bir ölkə qoşula bilər
Yunanıstanın xarici işlər naziri Yorqos Yerapitritis bildirib ki, Avropa İttifaqı 2027-ci ilin ikinci yarısında yeni üzv qəbul edə bilər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, bu açıqlamanı "Delphi Economic Forum" zamanı verib.
Nazir konkret hansı ölkənin üzvlüyə daha yaxın olduğunu açıqlamayıb. Bu səbəbdən ekspertlər arasında mümkün namizədlərlə bağlı müxtəlif ehtimallar müzakirə olunur.
Bundan əvvəl "Politico" nəşri yazmışdı ki, Aİ iqtisadi baxımdan zəif ölkələri qəbul etməkdə tərəddüd edir. Belə ölkələrin ittifaq büdcəsindən daha çox vəsait alacağı, lakin az töhfə verəcəyi ehtimal olunur. Bu kontekstdə Ukrayna tez-tez nümunə kimi göstərilir.
Eyni zamanda Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ittifaq daha güclü ola bilər. Onun fikrincə, Norveç, Ukrayna, Böyük Britaniya və Türkiyə Aİ-yə qoşulsa, birlik yeni güc qazana bilər.
Digər məlumatlara görə, Monteneqro 2028-ci ildə Aİ-nin növbəti üzvlərindən biri ola bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb













