Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb
Aprelin 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.
Ramin Məmmədov ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Səfir Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, son dövrlərdə baş verən hadisələr zamanı ölkəmizin nümayiş etdirdiyi mövqeyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüş zamanı həmçinin, dini-elmi tədqiqatlar üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Dövlət Komitəsinin sədri ABŞ-də Yuta Senatının prezidenti ilə görüşüb
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub













