Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.
Şikayətçi Səbuhi Həsənovun sözlərinə görə, təxminən 4 ay əvvəl sözügedən məkanda yeni obyektin inşasına başlanılıb və bundan sonra evlərdə çatlar yaranıb:
"Ərazidə güclü axıntı baş verdi və bir neçə evə ciddi ziyan dəydi. Ən böyük zərər isə mənim evimə vurulub. Otaqlar bir-birindən aralanıb, hamısında çatlar əmələ gəlib".
Baku TV-nin xəbərinə görə, tikinti aparan tərəf isə iddialarla razılaşmır. Bildirilir ki, obyektlə yaşayış evləri arasında kifayət qədər məsafə var və çatların yaranması tikinti ilə bağlı deyil.
"Bu iddialar qeyri-realdır. Bir neçə dəfə mütəxəssislər baxış keçirib. Evlər bataqlıq zonada və tikinti normalarına uyğun olmayan şəkildə inşa edildiyi üçün çatlayıb. Tikilən obyektlə həmin ev arasında təxminən 40 metr məsafə var", - deyə tikinti şirkətinin nümayəndəsi Vasif İsmayılov qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin şöbə rəisinin müavini Ehtiram Xəlilov isə bildirib ki, Sumqayıt şəhəri İnşaatçılar yaşayış massivi, Koroğlu prospekti, giriş 82 ünvanında inşa olunan qeyri-yaşayış obyektinin layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədləri alınıb:
"Obyektin tikintisinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət edilir. Qeyd olunan məsələ ilə bağlı əraziyə baxış zamanı fərdi yaşayış evlərində çatların əmələ gəlməsinə səbəb kimi göstərilən qeyri-yaşayış obyekti fərdi yaşayış evlərindən uzaq məsafədə yerləşdiyindən iddia öz təsdiqini tapmayıb".
Oxşar xəbərlər
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub













