Tramp: İranla bağlı atdığım addımlar çox yaxşı nəticə verir
ABŞ Prezidenti Donald Tramp İrana edilən təzyiqin effekt verdiyini bildirib.
"Report" xəbər verir ki, Tramp bunu BBC-yə telefonda açıqlayıb.
Trampın İrana qarşı nüvə silahından istifadə edilməsi ilə bağlı mümkün təhdid kimi qəbul edilən, "bu gecə bütöv bir sivilizasiya məhv olacaq" bəyanatı barədə sual verilib.
"Qarşı tərəf razılaşma əldə etməyi çox istəyir. Buna görə də, mən nə desəm və nə etsəm də, bu, görünür, çox yaxşı işləyir", - o cavablandırıb.
Daha əvvəl Tramp İran üçün bütöv bir sivilizasiyanın məhv ola biləcəyi "həlledici gecə" barədə danışıb.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endirilib. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya gətirib çıxarıb, Fars körfəzinin bütün ölkələri münaqişəyə cəlb olunub və bu, Hörmüz boğazının blokadasına səbəb olub.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, sonradan Tramp bunu qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişənin nizamlanması üzrə Pakistanda danışıqlar aparmağa cəhd ediblər, lakin 11-12 aprel tarixlərində dialoqun birinci raundu heç bir nəticəy verməyib.
Tehrana təzyiq olaraq, ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını bəyan edib. Öz növbəsində, İran isə artıq Fars körfəzi ölkələrinə istiqamətlənən gəmilər üçün Hörmüzün blokadaya alındığını bildirib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
-
İsrail Ordusu "Hizbullah"ın obyektinə zərbələr endirib













