Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan 57 milyon 530 min ABŞ dolları dəyərində 42 min 524 ton pambıq lifi (mahlıc) ixrac edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17 milyon 455 min dollar (43,5 %), həcm baxımından isə 14 min 556 ton (52 %) çoxdur.

Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 1 %-ni təşkil edib.

3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Azərbaycan pambıq lifi ixracından gəlirini 35 %-ə yaxın artırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər