Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
Far.Az xəbər saytı

Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir


Elm, təhsil və əqli mülkiyyət qarşısında yeni vəzifələr dayanır.

"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellektin istifadəsi vasitəsilə gücləndirildiyi halda, əqli mülkiyyət innovasiya potensialına təsir imkanlarını genişləndirmək üçün tamamilə əlverişli olur.

O vurğulayıb ki, innovasiya ekosistemi mürəkkəb bir sistemdir və onun formalaşmasına təsir edən bir sıra amillər mövcuddur, bu ekosistemi müəyyən edən əsas istiqamətlər elmi, texnoloji, sahibkarlıq və istehsal sahələridir.

Kamran İmanovun sözlərinə görə, İnnovasiya Potensialına Baxışla tədqiqata əsasən, ölkələrin yalnız 10%-i öz texnoloji potensialını tam şəkildə reallaşdırır:

"Məhz elmi, texnoloji, sahibkarlıq və istehsal potensiallarının cəmləşdiyi dövlətlərdə innovasiya imkanlarını artırmaq və qlobal səviyyədə irəliləyişlərə nail olmaq mümkün olur.

Xüsusilə vurğulanıb ki, innovasiya uğuru dörd amilin - yəni elm, texnologiya, sahibkarlıq və istehsal ölçülərinin - birləşməsi və onların güclü tərəflərinin effektiv şəkildə kombinə edilməsi nəticəsində əldə olunur. Əksinə, bu fəaliyyətlərin müxtəlif istiqamətlər üzrə parçalanmış və bir-birindən təcrid olunmuş hallarda innovasiya uğuru əldə edilmir"

O qeyd edib ki, texnoloji innovasiyalar sahəsində iqtisadiyyatların yalnız 10%-i öz patent potensialını reallaşdırır:

"Eyni zamanda 27%-i ticarət nişanları üzrə gözlənilən həcmə nail olur, 32%-i isə elmi nəşrlər potensialını həyata keçirir. Bu isə qlobal innovasiya sistemində kritik dar boğazı təşkil edir və elmi biliklərin və istehsal güclərinin patentləşdirilə bilən innovasiyalara çevrilməsi prosesində mövcud olan sistemli maneələri göstərir".

Sədr əlavə edib ki, süni intellekt əqli mülkiyyətin inkişafına mühüm dəstək verir. Bunun üçün isə süni intellekt texnologiyalarının məqsədyönlü şəkildə hazırlanması və tətbiqi vacibdir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər