Budapeştdə AZANS-ın sədrliyi ilə SOCEA təşkilatının yüksək səviyyəli müşavirəsi keçirilib
"Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) sədrliyi ilə SOCEA təşkilatının (Avropa və Asiya Hava Hərəkəti Xidməti Təminatçıları Təşkilatı) hava hərəkətinin koordinasiyasının gücləndirilməsinə həsr olunan yüksək səviyyəli müşavirəsi Budapeşt şəhərində keçirilib.
Bu barədə "Far.Az"a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata əsasən, tədbirdə "Uzaeronavigatsia", "Kyrgyzaeronavigatsia", "Kazaeronavigatsia", Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) və "HungaroControl" kimi aeronaviqasiya xidmət təminatçılarının rəhbərləri iştirak ediblər. İştirakçılar regionlararası əməkdaşlığın inkişafı, idarəetmə yanaşmalarının təkmilləşdirilməsi və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiya məsələlərini müzakirə ediblər.
İclas çərçivəsində regional və qlobal proseslərin hava hərəkətinə təsiri, həmçinin bu şəraitdə əməliyyat davamlılığının təmin edilməsi üzrə yanaşmalar nəzərdən keçirilib, hava daşımalarının təhlükəsiz və dayanıqlı təşkili ilə bağlı qərarlar qəbul olunub. Eyni zamanda hava hərəkətinin idarə olunması, məlumat mübadiləsinin təşkili və qurumlararası qarşılıqlı fəaliyyət mexanizmləri müzakirə edilib.
Tədbir Avropa – Asiya istiqamətində artan hava hərəkətinin koordinasiyalı şəkildə idarə olunmasına, eləcə də regionlararası uçuşların təhlükəsiz və fasiləsiz həyata keçirilməsinə töhfə verir.
Xatırladaq ki, 2025-ci il sentyabrın 11-də Almatı şəhərində keçirilmiş SOCEA Baş Assambleyasında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktoru təşkilatın prezidenti seçilib və sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
AZANS Lissabonda keçirilən "Airspace World 2025" sərgisindəki yekunlarını elan edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
ARDNF I rübdə 22 ton qızıl satıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib













