Əvvəlki illərin məzunları üçün Azərbaycan dili üzrə imtahan keçiriləcək
Mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.
Far.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həmçinin mayın 3-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov, əvvəlki illərin məzunları isə https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1... linkindən "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edilib ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Oxşar xəbərlər
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Bu gün 27 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verib
DİM tərəfindən yeddi imtahan keçirilib, doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Universitet və kolleclərə sənəd qəbulu başlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
ARDNF I rübdə 22 ton qızıl satıb













