Prezidentin II Dünya müharibəsi iştirakçılarına yardım sərəncamı 2 minə yaxın şəxsə şamil olunacaq
Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardımla bağlı sərəncamının 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçısıdır.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
"Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. ƏƏSMN tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bu şəxslərə 2500 AZN veriləcək - İlham Əliyevin yeni Sərəncamı 2 469 şəxsə şamil olunacaq
Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM
ŞAD XƏBƏR! Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
ARDNF I rübdə 22 ton qızıl satıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
BRAVO: 10 İlin Parıltısı













