"Yelo Bank" Aİ-nın 20-ci sanksiya paketində adının yer almasına aydınlıq gətirib
Far.Az xəbər saytı

"Yelo Bank" Aİ-nın 20-ci sanksiya paketində adının yer almasına aydınlıq gətirib


"Yelo Bank" ASC Avropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində adının yer almasına aydınlıq gətirib.

Bank bəyan edib ki, o, fəaliyyətini hər zaman həm beynəlxalq, həm də yerli qanunvericiliyə tam uyğun qurur, ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət edir.

"Sözügedən qərar banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dairdir, sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir.

100 % yerli kapitala malik Azərbaycan bankı olaraq, fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik həyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir.

"Yelo Bank"ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir. Bu ilin I rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm kapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Məcmu kapital 177 mln manata yüksəlib, məcmu kapitalın adekvatlıq əmsalı 13,48 %, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69 % olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.

Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam edir. Məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi işlərə başlanılıb. Əminik ki, bu anlaşılmazlıq ən qısa zamanda aradan qaldırılacaq", - deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər