İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb
Far.Az xəbər saytı

İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb


24 aprel 2026-cı il tarixində İsrail ordusu Livan ərazisində "Hizbullah" qruplaşmasına məxsus hədəflərə hava zərbələri endirib.

Far.Az xəbər verir ki, İsrail Müdafiə Ordusu (SAXAL) bu barədə öz "Telegram" kanalında məlumat yayıb. Bildirilib ki, zərbələr son günlər İsrail ərazisinə edilən raket atəşlərinə cavab xarakteri daşıyır.

Məlumata görə, hücumlar Livanın cənubundakı Xirbet-Selem və Tulin bölgələrində yerləşən hərbi obyektləri əhatə edib. Həmin obyektlərin "Hizbullah" tərəfindən İsrail hərbçilərinə və ölkənin təhlükəsizliyinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunduğu iddia edilir.

İsrail ordusu açıqlamasında vurğulayıb ki, ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq, İsrailə qarşı təhlükə yaradan bütün fəaliyyətlərə qarşı sərt addımlar davam etdiriləcək.

Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın açıqlamasına əsasən, İsrail və Livan arasında aparılan danışıqlarda atəşkəs rejiminin üç həftə müddətinə uzadılması barədə razılıq əldə olunub. Lakin tərəflər arasında gərginliyin əsas səbəbi kimi "Hizbullah"ın mövqeyi göstərilir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər