Azərbaycan mis ixracından gəlirini 12 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 60 milyon 856 min ABŞ dollar dəyərində 60 min 856 ton mis filizləri və konsentratları ixrac edib.
"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 55 milyon 638 min (11,6 dəfə), həcm baxımından isə 24 min 148 ton (7,4 dəfə) çoxdur.
Hesabat dövründə mis filizləri və konsentratlarının ixracından əldə olunan gəlir ümumi ixrac gəlirlərinin 1,1 %-ni təşkil edib.
3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Yurdumuza bahar gəlir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Gəncədə dəm qazı can aldı
-
Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü
-
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək













