XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Nazirlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin ticarətin, kommunikasiyaların, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər regional və qlobal proseslər barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiq edib və Azərbaycanla Ukrayna arasında davamlı yüksək səviyyəli dialoqun və tərəfdaşlığın vacibliyini xüsusi qeyd ediblər.
Nazirlər həmçinin Azərbaycan və Ukrayna arasında Mülki və Kommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Saziş imzalayıblar ki, bu da ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi bazanı daha da möhkəmləndirəcək.
Foreign Minister of #Azerbaijan Jeyhun Bayramov held a meeting with the Foreign Minister of #Ukraine @Andrii_Sybiha in Gabala within the framework of the visit of the President of Ukraine to Azerbaijan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 25, 2026
The Ministers discussed prospects for strengthening bilateral relations,… pic.twitter.com/E4V34KVd0M
Azərbaycan və Ukrayna mülki və kommersiya məsələləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünun yekununa əsasən bildirib.
Görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində baş tutub. "Azərbaycanlı həmkarımla əhəmiyyətli ikitərəfli görüş keçirdim. Liderlərimiz arasında bugünkü səmərəli danışıqların vacibliyini qeyd etdik və onların razılaşmalarının nəticələrini həyata keçirmək üçün növbəti addımları razılaşdırdıq", - Sibiqa sosial şəbəkə hesabında yazıb.
O, həmçinin bildirib ki, Ceyhun Bayramovla danışıqlar zamanı energetika, humanitar yardım, iqtisadiyyat, siyasi dialoq və ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla əməkdaşlığın prioritet sahələrini müzakirə edib.
"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə, humanitar yardıma və əlaqələrimizi möhkəmləndirməyə hazır olduğuna görə Azərbaycana minnətdaram", - Ukrayna XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
-
Avropa çempionatında üçüncü olan Jalə Əliyeva: "Məqsədim qızıl medal qazanmaq idi"
-
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib













