Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
Bu gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", – məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xocavənd rayonunda mina hadisəsi baş verib - YENİLƏNİB
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın!
-
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
-
Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdəki beynəlxalq yarışda 4-cü olub
-
Hakan Fidan iranlı və pakistanlı həmkarları ilə telefonla danışıb
-
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
-
Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib













