Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI
Far.Az xəbər saytı

Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI


Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 104 ünvanında yaşayan sakinlər evlərinin qanunsuz söküldüyünü iddia edirlər.

Onların Baku TV-yə dediklərinə görə, hadisə illər əvvəl baş versə də, bu günə qədər nə kompensasiya, nə də alternativ yaşayış sahəsi ilətəmin olunmayıblar.

Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI

Sakinlər bildiriblər ki, beş il əvvələ qədər həmin ərazidə onlara məxsus ikimərtəbəli çıxarışlı ev və obyekt olub.

Onların iddiasına görə, tikinti şirkəti tərəfindən bu mülklər icazəsiz şəkildə sökülüb. Sakinlərdən biri baş verənləri belə təsvir edir:

"Çörək almağa çıxmışdıq. Bir də qonşular xəbər verdilər ki, evimizi dağıdıblar. Heç bir razılıq olmadan, heç bir icazəmiz olmadan evi söküblər. Dedilər ki, sizə kompensasiya verəcəyik. İki il kirayə haqqı verdilər, sonra dayandırdılar. Dedim ki, mənə evimi verin, dedilər satılıb, sizə veriləsi ev qalmayıb".

Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəmə prosesi də aparılıb və ekspertiza nəticəsində evin sahəsinin böyük hissəsinin şirkət tərəfindən mənimsənildiyi təsdiqlənib:

"Araşdırma zamanı məlum oldu ki, evimizin 240 kvadratmetri şirkət tərəfindən mənimsənilib. Amma iş məhkəmədə gedə-gedə martın 6-da 38 il işlətdiyim mağazamı da xəbərdarlıq etmədən sökdülər".

Məsələ ilə bağlı tikinti şirkəti - "Olympus Park"ın mövqeyini öyrənmək üçün quruma müraciət edilib.

Şirkətdən bildirilib ki, vətəndaşla dəfələrlə görüşlər keçirilib və müxtəlif təkliflər irəli sürülüb. Şirkətin açıqlamasında qeyd olunur:

"Daşınmaz əmlakın çıxarış üzrə sahəsi 35 kvadratmetr təşkil edir. Vətəndaşa bir neçə dəfə 50 kvadratmetrdən artıq mənzil təklif olunub. Həmçinin müvafiq kompensasiya ödənişi həyata keçirilib və hazırda kirayə haqqı ödənilməkdə davam edir".

Bundan əlavə, şirkət bəzi mübahisələrin ailədaxili məsələlərlə bağlı olduğunu iddia edir:

"Yaranmış bəzi mübahisələr tərəflər arasında daxili ailə münasibətləri ilə bağlıdır və şirkətin hüquqi öhdəliklərindən kənardır. Vətəndaş tərəfindən qanunvericiliyin tələblərindən kənar yüksək tələblər irəli sürülüb".

Hazırda tərəflər arasında mübahisə məhkəmə icraatındadır və məsələyə qanunvericiliyə uyğun qaydada baxıldığı bildirilir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər