Süd BAHALAŞACAQ
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.
Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətlə artmasıdır. Belə ki, bu məhsullar üçün ümumilikdə 10,386 milyon ABŞ dolları ödənilib. Bu isə illik müqayisədə 3,945 milyon dollar və ya 61 faiz artım deməkdir. Yəni idxal həcmi artsa da, dəyər artımı onu xeyli üstələyib.
Mütəxəssislərin fikrincə, idxal xərclərinin bu templə artması daxili bazarda süd və süd məhsullarının qiymətlərinə də təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, idxal olunan südə xərclənən vəsaitin artmasının əsas səbəbləri qlobal ərzaq inflyasiyası, istehsal xərclərinin yüksəlməsi və logistika xərclərinin artmasıdır:
"Bundan əlavə, daha yüksəkkeyfiyyətli və baha məhsullara üstünlük verilməsi də ümumi idxal dəyərini artırmış ola bilər. Daxili bazara gəlincə, bu artım tempinin davam etməsi süd məhsullarının pərakəndə qiymətlərinə də yansıya bilər. Yəni yaxın bir ayda süd məhsullarının qiymətləri arta bilər.
İdxalın ümumi xərclər içindəki payı 0,2% olsa da, daxili tələbatın bir hissəsi hələ də xaricdən gətirilən məhsullarla ödənilir. Bu isə sektoru ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətli edir. Belə bir mənzərə yerli südçülük istehsalının gücləndirilməsi məsələsini daha da aktuallaşdırır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
-
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
-
Hakan Fidan iranlı və pakistanlı həmkarları ilə telefonla danışıb













