2025-ci ildə ən çox hərbi xərc çəkən ölkələrin adları açıqlanıb
Far.Az xəbər saytı

2025-ci ildə ən çox hərbi xərc çəkən ölkələrin adları açıqlanıb


2025-ci ildə qlobal hərbi xərclərin 51%-i ABŞ, Çin və Rusiyanın payına düşüb. Bu üç ölkənin ümumi müdafiə xərcləri 1,48 trilyon dollar təşkil edib.

BAKU.WS xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən yayımlanan hesabatda bildirilib.

Məlumata görə, ümumilikdə dünyada hərbi xərclər 2025-ci ildə 2,88 trilyon dollara yüksəlib. Beləliklə, artım artıq ardıcıl olaraq 11-ci ildir davam edir. Hərbi xərclərin qlobal ÜDM-də payı 2,5%-ə çataraq 2009-cu ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Hesabata əsasən, ABŞ-nin müdafiə xərcləri 954 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 7,5% azalma deməkdir. SIPRI bu azalmanı il ərzində Ukraynaya yeni maliyyə yardımının təsdiqlənməməsi və ölkənin yenilənmiş milli təhlükəsizlik strategiyasındakı prioritetlərlə izah edir.

Bununla yanaşı, ABŞ həm nüvə, həm də ənənəvi hərbi potensialına investisiyaları artırmaqda davam edib. Məqsəd Qərb yarımkürəsində üstün mövqeyini qorumaq və Hind-Sakit okean regionunda Çinin təsirini məhdudlaşdırmaqdır ki, bu da yeni milli təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən biri kimi göstərilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər