Sadiq Qurbanov: "Azərbaycan "təmiz enerji"yə keçiddə mühüm mərhələdədir"
Far.Az xəbər saytı

Sadiq Qurbanov: "Azərbaycan "təmiz enerji"yə keçiddə mühüm mərhələdədir"


Azərbaycan hazırda "təmiz enerji"yə keçidin təşviqində mühüm mərhələyə qədəm qoyub.

"Far.Az" xəbər verir ki, bunu deputat Sadiq Qurbanov Milli Məclisin yaz sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, müasir dövrdə qlobal enerji sistemi genişmiqyaslı transformasiya mərhələsindədir: "Enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə və alternativ mənbələrə keçid beynəlxalq gündəliyin əsas istiqamətlərindən biridir. Azərbaycan bu dəyişikliklərə uyğunlaşan ölkə olmaqla yanaşı, yeni enerji strategiyalarının formalaşmasına da töhfəsini verir. Uzun illər ərzində etibarlı enerji tərəfdaşı statusunu qoruyan Azərbaycan bu gün "təmiz enerji" keçidinin təşviqi, "yaşıl iqtisadiyyat"ın inkişafı və regional dayanıqlığın gücləndirilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub".

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər