Deputat: "Maliyyə icarəsi ilə bağlı elektron müqavilələrin bağlanılması üçün addımlar atılmalıdır"
Azərbaycan maliyyə icarəsi ilə bağlı elektron müqavilələrin bağlanılması üçün addımlar atılmalıdır.
"Report" xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Rəqəmsal iqtisadiyyatın inkişafı nəzərə alınaraq, elektron müqavilələrin bağlanılması, rəqəmsal identifikasiya və onlayn maliyyə icarəsi xidmətlərinin hüquqi tənzimlənməsi ilə bağlı müddəaların "Maliyyə icarəsi haqqında" qanun layihəsinə daxil edilməsi məqsədəuyğun olardı. Bu, xidmətlərin əlçatanlığını artıracaq və bazarın genişlənməsinə şərait yaradacaq. Bundan başqa, risklərin bölüşdürülməsi ilə bağlı müddəaların daha da konkretləşdirilməsi, xüsusilə də fors-major halları, sığorta mexanizmləri və texniki nasazlıqlarla bağlı risklərin ayrıca tənzimlənməsi vacibdir. Bu, tərəflər arasında hüquqi qeyri-müəyyənliyi aradan qaldıraraq müqavilə münasibətlərinin sabitliyini təmin edəcəkdir. Qanunun 13-cü maddəsi ümumi çərçivə təqdim etsə də, əlavə konkretləşdirməyə ehtiyac var", - deyə o qeyd edib.
Bundan başqa, V.Qafarov təklif edib ki, maliyyə icarəsi bazarının inkişafına təkan vermək məqsədilə müəyyən stimullaşdırıcı mexanizmlər nəzərdə tutulsun: "Bu, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdıracaq və investisiya fəallığını artıracaq. Eləcə də nəzarət və hesabatlılıq mexanizmlərinin beynəlxalq standartlara uyğun daha da gücləndirilməsini vacib hesab edirəm, çünki bu, maliyyə sabitliyinin qorunmasına və sektorun şəffaf inkişafına xidmət edəcək".
Onun sözlərinə görə, mübahisələrin alternativ həlli mexanizmlərinin, xüsusilə mediasiya və arbitraj institutlarının qanunda ayrıca təsbit edilməsi vacibdir: "Çünki maliyyə münasibətlərində operativ və ixtisaslaşmış mübahisə həlli mexanizmləri sahibkarlıq subyektləri üçün əlavə hüquqi təminat yaradır və bu, eyni zamanda məhkəmə yükünü azaldır. Qanun layihəsinə maliyyə icarəsi münasibətlərində iştirak edən fiziki şəxslərin hüquqlarının qorunmasına dair xüsusi normaların əlavə edilməsi zəruridir. Çünki bu sahədə informasiya asimmetriyası mövcuddur və istehlakçıların daha zəif tərəf olması onların əlavə hüquqi müdafiəsini tələb edir".
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Süd BAHALAŞACAQ
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir













