Vüqar Bayramov: "Azərbaycanda lizinq faizlərinin azalması gözlənilir"
Far.Az xəbər saytı

Vüqar Bayramov: "Azərbaycanda lizinq faizlərinin azalması gözlənilir"


Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanunun qəbul edilməsi ilə lizinq faizlərinin azalması gözlənilir.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə nağd pul kreditlərinin illik faiz dərəcəsi 11 %-dən başlasa da, lizinq üzrə illik faizlər 14 %-dən az deyil: "Üstəlik, burada ilkin ödəniş də var. O baxımdan güman olunur ki, yeni qanunun qəbul edilməsi bütövlükdə bu istiqamətdə təklif edilən faizlərə təsir göstərəcək, bütövlükdə lizinqə əlçatanlıq yüksələcək".

Deputat qeyd edib ki, Azərbaycanda dövlət xətti ilə kiçik və orta sahibkarlara kənd təsərrüfatı texnologiyası lizinq yolu ilə təqdim edilir, bundan başqa, banklar və digər maliyyə qurumları avtomobilləri lizinq yolu ilə təklif edir: "Azərbaycanda kredit bazarının strukturuna və seqmentlərinə diqqət yetirsək, bankların lizinq faizlər kredit faizlərinə nisbətən yüksəkdir. Halbuki, Avropa İttifaqında biznes kreditləri üzrə orta faiz 3,5 %, istehlak kreditləri üzrə 7 % olsa da, lizinq faizləri 2 % ətrafında dəyişir. O cümlədən region ölkəsi Qazaxıstanda orta kredit faizi 19 %-dir, avtomobillər üçün təklif edilən lizinq kreditləri üzrə faizlər 14 %-dir".

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər