Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi ömürlük həbs cəzası gözləyir
Far.Az xəbər saytı

Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi ömürlük həbs cəzası gözləyir


Aprelin 25-də ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan Koul Tomas Allen dövlət başçısına sui-qəsd cəhdində ittiham olunaraq ömürlük həbs cəzası ilə üzləşə bilər.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ-nin ədliyyə naziri səlahiyyətlərini icra edən baş prokuror Todd Blanş bildirib.

"Bu gün Ədliyyə Nazirliyi Kolumbiya dairəsindəki federal məhkəmədə Koul Tomas Allenə qarşı üç ittiham irəli sürüb. Birinci ittiham ABŞ Prezidentinə sui-qəsd cəhdidir. Bu cinayət ömürlük həbs cəzasını nəzərdə tutur", - o deyib.

T.Blanşın sözlərinə görə, təqsirləndirilən şəxs əvvəllər ABŞ Prezidentinin qatıldığı qəbulda otel otağı sifariş etmişdi və 24-26 apreldə orada qalmalı idi.

Baş prokuror həmçinin bildirib ki, müstəntiqlərin fikrincə, hüquq-mühafizə orqanları sui-qəsd cəhdinin qarşısını ala bilib. "Hüquq-mühafizə orqanları uğursuzluğa düçar olmayıb", - o qeyd edib.

Bundan əlavə, Allenə ağır cinayət törətmək niyyəti ilə odlu silah və sursat daşımaq, eləcə də zorakı cinayət törətmək üçün odlu silahdan istifadə etmək ittihamları irəli sürülüb.

Məhkəmə təqsirləndirilən şəxsi həbsdə saxlayıb, ilk iclas aprelin 30-na təyin edilib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər