Xanoba kəndinə qayıdan keçmiş məcburi köçkün: Yurduma dönüşümə çox sevinirəm
Far.Az xəbər saytı

Xanoba kəndinə qayıdan keçmiş məcburi köçkün: Yurduma dönüşümə çox sevinirəm


Yurduma qayıtmağıma görə çox sevincliyəm, həyəcandan danışa bilmirəm.

"Far.Az" xəbər verir ki, bunu Xanoba kəndinə köçən keçmiş məcburi köçkün Şəfiqə Abbasova deyib.

"Otuz il sonra yurdumuza qayıdırıq. Həmin vaxt 29 yaşım vardı. Xırdalan qəsəbəsində məskunlaşmışdıq. İndi yurdumuza üç oğlumla, gəlinlərimlə qayıdırıq. Çox sevincliyəm, həyəcandan danışa bilmirəm", - o deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Belə ki, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb.

Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
Xocalıya və Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanları yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər