Təyyarədə körpə enişə saniyələr qalmış dünyaya gəldi
Far.Az xəbər saytı

Təyyarədə körpə enişə saniyələr qalmış dünyaya gəldi


ABŞ-də Delta Air Lines şirkətinə məxsus sərnişin təyyarəsində qeyri-adi hadisə baş verib.

Far.Az xəbər verir ki, Atlanta şəhərindən havaya qalxan və Portland Beynəlxalq Hava Limanı istiqamətində uçan Boeing 737 tipli təyyarədə qadın sərnişin doğuş edib. Təyyarə enişə hazırlaşdığı an, təkərlərin yerə dəyməsinə saniyələr qalmış 2,5 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlib.

Hadisə zamanı təyyarədə təsadüfən olan iki tibb işçisi - Tina Frits və Kaarin Pauell doğuşa müdaxilə edib. Təyyarədə tibbi ləvazimatların olmaması səbəbindən onlar alternativ üsullardan istifadə ediblər. Digər sərnişinlərdən yorğanlar toplanıb, körpənin göbək bağı isə bort bələdçisindən alınan ayaqqabı bağı ilə bağlanıb.

Doğuş enişə dəqiqələr qalmış başlayıb. Təhlükəsizlik qaydalarına görə ekipaj tibb işçilərindən yerlərinə oturmağı tələb etsə də, onlar doğuşu davam etdiriblər. Bir neçə cəhdən sonra körpə uğurla dünyaya gəlib və az sonra təyyarə yerə enib.

Təyyarədə olan sərnişinlər bu anı alqışlarla qarşılayıb. Ana Eşli Bleyer və "Brielle Rene" adı verilən körpə enişdən sonra tibbi müayinə üçün xəstəxanaya aparılıb. Hər ikisinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Aviaşirkət hadisə ilə bağlı açıqlamasında tibb işçilərinə və ekipaja təşəkkür edərək sərnişinlərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər