Teymur Musayev: Zərifə Əliyevanın elmi fəaliyyəti göz xəstəliklərinin həllinə yönəlmişdi
Zərifə Əliyevanın uğurlu elmi fəaliyyətinin əsas məqsədi göz xəstəliklərinin həllinə yönəlmişdi.
"Report" xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, Z.Əliyevanın fəaliyyəti təkcə Azərbaycanda deyil, digər ölkələrdə də yüksək qiymətləndirilib:
"Onun yaratdığı elmi məktəb bu gün də yaşayır və yeniliklərə addım atır. Son illərdə Milli Oftalmologiya Mərkəzində həyata keçirilən uğurlu əməliyyatlar və inkişaf yolu göz önündədir. Buna misal olaraq, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən səyyar xidmətləri də göstərə bilərik".
Nazir qeyd edib ki, Z.Əliyeva elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib:
"O bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdı. Zərifə xanımın rəhbərliyi ilə Gəncə şəhəri, Şirvan və Salyan rayonlarında kənd təsərrüfatı müəssisələrində çalışan və əmək fəaliyyəti zamanı pestisidlərlə təmasda olan təxminən 500 nəfəri əhatə edən unikal tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində kənd təsərrüfatı işçilərində görmə orqanının vəziyyətinə dair ilk dəfə sistemli və elmi əsaslandırılmış məlumatlar əldə olunub".
T.Musayev bildirib ki, Zərifə xanımın elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə öz əksini tapıb:
"Bununla yanaşı, böyük alim bir ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub. Zərifə xanımın uğurlu elmi fəaliyyətinin əsas mahiyyəti yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşma bacarığının olmasından ibarətdir".
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi













