Azərbaycan çempionatında XXI əsrin penalti antirekordu "Sumqayıt"a məxsusdur
"Sumqayıt" Misli Premyer Liqasının 2025/2026 mövsümündə 5-ci dəfə penaltidən yararlana bilməyib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.
XXIX turun "İmişli" ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən dəqiq ola bilməyib.
Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. "Şəfa" 2001/2002 mövsümündə 5, "Qarabağ" 2020/2021, "Sabah" isə 2022/2023 mövsümündə eyni sayda – 9 imkanın dördündən istifadə edə bilməyib.
"İmişli" ilə görüşədək bu antirekordun şəriki olan "Sumqayıt" artıq həmin üç komandanı da "geridə qoyub".
Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi













