Yunis Hüseynov: "Zirə" ilə ilk oyunda haqqımızı yedilər"
"Turan Tovuz"un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinal mərhələsində komandasının haqqının yeyildiyini düşünür.
"Report" xəbər verir ki, bu barədə mütəxəssis özü "Zirə" ilə keçirilən yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında bildirib.
"Bugünkü oyunda qalib gəlmək istəyirdik. Özünüz gördünüz ki, oyunda güclü tərəf biz idik. Keçən oyunda haqqımızı yedilər. Haqlı olaraq finala vəsiqə qazanan komanda biz olmalı idik. Keçən matçdakı hakim səhvləri bugünkü oyuna təsir etdi. Əziyyət çəkən futbolçuların haqqı yeyildi. "Zirə" komandasına uğurlar arzu edirəm", - deyə o söyləyib.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə bitib. Cavab oyununda isə hesab açılmayıb və Bakı klubu 2 qarşılaşmanın nəticəsinə əsasən finala adlayıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur













