Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək
Azərbaycanın azad edilmiş ərazilərində ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.
Bu barədə "Far.Az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir:
"Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur, 13,6 km-lik 7 tunelin tikintisi başa çatdırılıb. Bundan əlavə, 57,6 km-lik 41 tunelin tikintisi isə davam etdirilir".
Məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur: "8 839,1 metrlik 392 körpü artıq inşa edilib. Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi də planlaşdırılır. Uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Məşhur aktyor bu serialda çəkiləcək
Qarabağ və Şərqi Zəngəzurun yenidən doğuluşu: Beş ildə görülən işlərin strateji əhəmiyyəti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













