Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər ediləcək
Bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.
Qısaqapanma nəticəsində qısamüddətli tüstülənmə müşahidə edilib və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə tədbirləri icra olunub.
İlkin araşdırmanın nəticəsi olaraq, saat 15:00-da Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilməklə, müvafiq texniki tədbilərin icrası barədə qərarlar qəbul olunub. Operativ tədbirlər planına uyğun, qısaqapanma baş vermiş kabel xəttində təhlükəsizlik qaydaları qorunmaqla texniki işlərin icrasına başlanılıb. Həmçinin hadisənin təkrarlanması ehtimalının da qarşısının alınmasına xidmət edəcək əlavə tədbirlər görülür.
Bu məqsədlə hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizliyin, habelə digər texniki dəstək tədbirlərinin gücləndirilməsi işləri aparılır. Həmçinin texniki insidentin detallı təhlillərinin davam etdirilməsi təmin olunacaq.
Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və qeyd olunan tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur.
Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar üzr istəyir, yaranmış vəziyyətə anlayışla reaksiya göstərdikləri üçün təşəkkür edirik.
Texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Mexikoda turistlərə atəş açan şəxs intihar edib













