Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiyadan neft almamağa çağırıb
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Cənub-Şərqi Asiyadakı tərəfdaş ölkələri Yaxın Şərqdə münaqişənin səbəb olduğu yanacaq çatışmazlığı fonunda neft tədarükü üçün Rusiyaya müraciət etməməyə çağırıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Bruneydə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ və İsrailin İrana qarşı müharibəsindən fayda əldə edib. Bu müharibə dünya neftinin təxminən beşdə birinin və digər vacib malların daşınmasında əsas marşrut olan Hörmüz boğazının faktiki olaraq bağlanmasına gətirib çıxarıb.
"Neftdən əldə edilən gəlirlər Rusiyanın müharibəni (Ukraynaya qarşı) maliyyələşdirmək üçün istifadə etdiyi vəsaitlərdir. Biz müharibənin dayandırılmasında maraqlıyıq", - Kallas bildirib.
O vurğulayıb ki, Aİ enerji resursları mənbələrinin şaxələndirilməsinin və Rusiyadan tədarüklərdən imtina edilməsinin tətəfdarıdır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi













