EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir
Far.Az xəbər saytı

EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir


Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycanın Energetika Nazirliyi hazırda texniki əməkdaşlıq çərçivəsində strateji "yol xəritəsi" üzərində işləyir.

Bu barədə "Report"a müsahibəsində EBRD-nin Avrasiya regionu üzrə direktoru, Energetika Departamentinin rəhbəri Şule Topçu Kılıç bildirib.

Ş. Kılıç vurğulayıb ki, Azərbaycan və bütövlükdə region enerji keçidində əhəmiyyətli irəliləyiş əldə edib.

"Son beş ildə EBRD ölkədə bərpa olunan enerji mənbələri (BOEM) üzrə sənaye obyektlərinin tikintisi ilə bağlı bütün layihələrdə iştirak edən yeganə beynəlxalq maliyyə institutu olub. Bu dövrdə biz 1,2 GVt-dan çox günəş və külək enerjisi layihələrini maliyyələşdirmişik", – direktor deyib.

O vurğulayıb ki, hazırda əsas hədəf sadəcə enerji keçidi prosesini genişləndirmək deyil, həm də enerji sisteminin etibarlılığını, rəqabətqabiliyyətliliyini və əlçatanlığını qoruyub saxlamaqdır.

"Buna görə də yeni güclərin maliyyələşdirilməsi ilə yanaşı, texniki əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi ilə strateji "yol xəritəsi" üzərində işləyirik. Bu sənəd keçidi istiqamətləndirməyə, emissiyaları azaltmağa və enerji səmərəliliyini artırmağa xidmət edir, enerji şəbəkəsinin gələcəkdə tələb və təklifin balanslaşdırılmasına hazır olmasını təmin edir", – Ş. Kılıç bildirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Şule Kılıç: "EBRD Azərbaycanda "yaşıl layihə"ləri maliyyələşdirməyə hazırdır" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər