İranın Böyük Britaniyadakı səfiri XİN-ə çağırılıb
Far.Az xəbər saytı

İranın Böyük Britaniyadakı səfiri XİN-ə çağırılıb


İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi krallığın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Çağırışa səbəb İranın regiondakı hərəkətləri, eləcə də informasiya məkanındakı fəallığı ilə bağlı məsələlər olub.

Böyük Britaniya XİN-dən qeyd edilib ki, Yaxın Şərq işləri üzrə nazir Hamiş Falkoner səfirlə görüşü zamanı İran diplomatik nümayəndəliyi ilə bağlı bir sıra son bəyanatların və hərəkətlərin yolverilməz olduğunu bildirib.

Məlumata görə, İran tərəfinə Böyük Britaniyada və ya ölkədən kənarda zorakılığın təşviqi kimi hər hansı kommunikasiya formasından çəkinməyin zəruriliyi vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, London Fars körfəzi zonasındakı vəziyyət və regional təhlükəsizliyin digər aspektləri daxil olmaqla, İranın regiondakı hərəkətlərindən narahatlığını bildirməyə davam edəcək.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər