Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ
Aprelin 28-də Bakı vaxtı ilə 16:33-də rentgen diapazonunda 4420 nömrəli günəş ləkələri qrupunda (N14W37) 23 dəqiqə davam edən M1.0 sinifli partlayış baş verib.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Minimum A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovat gücə uyğun gəlir. Hər növbəti sinfə keçiddə şüalanmanın gücü 10 dəfə artır.
Rusiyalı alimlər bunun yerdə güclü maqnit dalğası yaratdığını və bir çox insanın narahatlığına səbəb ola biləcəyini bildirib.
Bəs azərbaycanlı mütəxəssislər nə düşünür?
Həkim, nevroloq Vüsalə Nuriyeva Far.Az-ə açıqlamasında bildirib ki, maqnit sahəsindəki dalğalanmalar birbaşa vegetativ sinir sisteminə təsir edir.
Onun sözlərinə görə, bu, orqanizmdə "simpatik-adrenal" sistemin aktivləşməsinə səbəb ola bilər ve bu da nəticədə ürək döyüntülərinin artması (taxikardiya), əllərin əsməsi və ya daxili gərginlik hissini yarada bilər.
"Nevrologiyada ən çox diqqət yetirdiyimiz məqam beyin damarlarının bu dəyişikliklərə reaksiyasıdır.
Maqnit dalğaları beyin damarlarının tonusunu dəyişə bilər. Bu da miqrenoz tutmaları olan xəstələrdə aura və ya şiddətli ağrı fazasını tətikləyir.
Qan axınındakı mikrosirkulyar dəyişikliklər toxumaların oksigenlə təminatını (oksigenasiya) cüzi də olsa çətinləşdirə bilər, bu da halsızlıq və "başda duman" hissi yaradır - Hipoksiya riski əmələ gəlir
Maqnit qasırğası zamanı melatonin (yuxu və bərpa hormonu) ifrazı ləngiyə bilər. Bu isə nəinki yuxusuzluğa, həm də orqanizmin ümumi adaptasiya qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Bu dövrdə maqnezium (Mg) qəbulu və kifayət qədər hidratasiya (su qəbulu) sinir sisteminin eksitotoksikliyini (həddindən artıq oyanıqlığını) azaltmağa kömək edir" , - deyə həkim bildirib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vüsalə Əlizadədən Yeni il ab-havalı FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Rubio: İranın Ali liderinin ölümünə dair heç bir dəlil yoxdur
-
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq













