Bakıda qəzaların sayını belə azaltmaq olar - YENİ TƏKLİF
"Yol qəzaları ilə bağlı müzakirələri "sürücü günahkardır" və ya "piyada diqqətsizdir" kimi primitiv yanaşmalara endirmək problemi həll etmir - əksinə, onu dərinləşdirir. Məsələ sistemlidir və sistem həll tələb edir".
BAKU.WS-in məlumatına görə, bu sözləri nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, şəhərdə davamlı və baryersiz səkilər yoxdursa, təhlükəsiz və qısa keçidlər təmin olunmayıbsa, piyadanı cərimələmək yanaşması reallıqdan uzaqdır:
"İnsanlara təhlükəsiz davranış tələb etməzdən əvvəl təhlükəsiz mühit yaratmaq şəhər planlamasının birbaşa məsuliyyətidir. İstər Baş Plan, istərsə də 2025–2030 dövlət proqramlarının mahiyyəti aydındır: şəhər avtomobil mərkəzli modeldən insan yönümlü modelə keçməlidir.
Bu isə o deməkdir ki:
Piyada yol iyerarxiyasında ən üst pillədədir
Davamlı, baryersiz səkilər təmin olunmalıdır
Qısa və eyni səviyyəli, təhlükəsiz keçidlər geniş tətbiq edilməlidir".
Ekspert hesab edir ki, qəzaların azaldılması üçün dünyada effektivliyi sübut olunmuş Vision Zero yanaşması əsas götürülməlidir:
"Bu konsepsiya insan səhvini qaçılmaz qəbul edir və sistemi elə qurmağı tələb edir ki, səhv ölümə səbəb olmasın. Yəni əsas diqqət cəriməyə yox, infrastruktura, dizayna və təhlükəsizlik standartlarına yönəlir.
Paradoks ondadır ki, Avropanın qabaqcıl avtomobil istehsalçılarının məhsullarını alırıq, amma onların şəhər mühitində tətbiq etdiyi təhlükəsizlik həllərini - zolaqların daraldılması, sürətin sakitləşdirilməsi, piyadaya üstünlük verən dizayn - tətbiq etməkdə tərəddüd edirik.
Praktik nümunə göz qabağındadır: 8 Noyabr prospekti. Yenidənqurmadan əvvəl ölümlə nəticələnən qəzalar tez-tez baş verirdi. Zolaqların ensizləşdirilməsi, səkilərin yaxşılaşdırılması və eyni səviyyəli, svetoforlu keçidlərin artırılması nəticəsində (ideal olmasa da) ölüm halları kəskin şəkildə azalıb. İnsanları dəyişməyə çalışmaqdan daha effektiv yol mühiti dəyişməkdir".
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur













