Qubadlıda yeni yaşayış məhəlləsi tikiləcək – 36,2 milyonluq LAYİHƏ
Far.Az xəbər saytı

Qubadlıda yeni yaşayış məhəlləsi tikiləcək – 36,2 milyonluq LAYİHƏ


Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Layihə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davamı kimi həyata keçiriləcək.

Far.Az-in əldə etdiyi məlumata görə, quruculuq işini Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti həyata keçirəcək.

Layihənin ümumi dəyəri təxminən 36,2 milyon manat olaraq qiymətləndirilir.

Qeyd edək ki, Qubadlı şəhərində yerləşəcək yaşayış məhəlləsində çoxmənzilli binaların tikintisi və digər tikinti-quraşdırma işləri reallaşdırılacaq. Bu işlərə binaların inşası, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və ətraf infrastrukturun qurulması daxildir.

Layihənin əsas məqsədi bölgədə yaşayış şəraitini bərpa etmək, köçkünlərin geri qayıdışını təmin etmək və şəhərin müasir şəkildə yenidən qurulmasına töhfə verməkdir.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər