Azərbaycan və Çexiya qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinin inkişafında qərarlıdır - RƏY
Far.Az xəbər saytı

Azərbaycan və Çexiya qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinin inkişafında qərarlıdır - RƏY


Azərbaycan və Çexiya qarşılıqlı maraqlara əsaslanan, uzunmüddətli və çoxşaxəli əməkdaşlıq modelini inkişaf etdirməkdə qərarlıdırlar.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşdə tərəflərin mətbuata verdikləri bəyanat iki ölkə arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini əhatə edən mühüm mesajlarla yadda qalıb:

"Prezident İlham Əliyevin verdiyi bəyanatda Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun yüksək səviyyədə və dinamik şəkildə inkişaf etməsi, həmçinin tərəflər arasında üç ay əvvəl Davosda baş tutan ilk görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması xüsusi yer alıb. Çexiyanın Baş nazirinin Azərbaycana bu səfəri iki ölkə arasında əlaqələrin davamlı inkişafının göstəricisidir. Görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm regional məsələlər, həm də qlobal gündəlikdə duran problemlər müzakirə olunub".

Pərvanə Vəliyeva

Deputat bildirib ki, hər iki ölkə üçün qarşılıqlı investisiyaların artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər prioritet kimi müəyyən olunub:

"Bununla belə, Çexiyadan Azərbaycana iş adamlarından ibarət geniş nümayəndə heyətinin gəlməsi və keçirilən biznes-forum yeni iqtisadi imkanların formalaşmasına xidmət edəcək. Azərbaycan uzun illərdir, Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur. İki ölkənin enerji əməkdaşlığı yalnız ticarət münasibətləri ilə məhdudlaşmır, bu, uzunmüddətli və genişmiqyaslı strateji tərəfdaşlıq kimi dəyərləndirilir".

Deputat vurğulayıb ki, Qəbələdə keçirilən görüş və mətbuata verilən bəyanat Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib:

"Prezident İlham Əliyevin çıxışı iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu və enerji sahəsində strateji tərəfdaşlığın daha da möhkəmləndiriləcəyini açıq şəkildə ortaya qoyub".

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər