Ukrayna Orskdakı neft emalı zavoduna və "Transneft"in Permdəki obyektinə hücum edib
Far.Az xəbər saytı

Ukrayna Orskdakı neft emalı zavoduna və "Transneft"in Permdəki obyektinə hücum edib


Ukrayna Rusiyanın ərazisindəki iki obyektə - Orskdakı "Orsknefteorqsintez" neft emalı zavodu və Perm diyarındakı "Transneft" şirkətinin sənaye obyektinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Məlumata görə, aprelin 29-u səhər saatlarında Orskda Ukraynanın pilotsuz uçuş aparatları (PUA) "Orsknefteorqsintez" neft emalı zavoduna hücum edib. Şəhərdən Ukrayna ilə sərhədə qədər məsafə 1400 kilometrdən çoxdur. Hücumun nəticələri barədə təfərrüatlar açıqlanmır.

Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan "Orsknefteorqsintez" zavodunda ildə 6 milyon tona yaxın neft emal edilir. Orsk meri Artyom Vorobyov hücumu təsdiqləyib və sakinləri küçələrə çıxmamağa çağırıb.

Bundan başqa, Permə də PUA hücumu olub. Yerli hakimiyyət orqanları sənaye meydançalarından birinə zərbə endirildiyini və yanğın baş verdiyini bildirib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yanğın "Transneft" neft kəməri şirkətinin obyektində baş verib.

Perm diyarının qubernatoru Dmitri Maxonin hücumu təsdiqləyərək bildirib ki, pilotsuz uçuş aparatı Perm bələdiyyə dairəsindəki sənaye sahəsinə düşüb. İşçilər təxliyə edilib, xəsarət alan yoxdur, obyektdə yanğın baş verib.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər