EBRD Azərbaycan qadınlarının enerji sektorunda iştirakını genişləndirməyə çağırır
Far.Az xəbər saytı

EBRD Azərbaycan qadınlarının enerji sektorunda iştirakını genişləndirməyə çağırır


Azərbaycanın texniki sektorunda qadınların iştirakını genişləndirmək üçün beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən proqramların dəstəklənməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) gender məsələləri və iqtisadi inteqrasiya üzrə mütəxəssisi Zarina Abdullayeva Bakıda keçirilən "İnklüzivliyin təşviqi: Azərbaycanın yaşıl enerjiyə keçidində qadınların iştirakı üçün maneələr və imkanlar" adlı konfransda bildirib.

"Konfransın gündəliyi və mövzusu Azərbaycan üçün son dərəcə vacibdir. Əmək bazarında, xüsusən də texniki və rəhbər vəzifələrdə qadınların iştirakı müəyyən struktur maneələri, sosial normalar və peşə seqreqasiyası ilə məhdudlaşır. Bu problemləri EBRD daxil olmaqla, bir çox təşkilatların üzərində işlədiyi müxtəlif müdaxilələrin köməyi ilə həll etmək lazımdır. Məlum olduğu kimi, bu sektor ənənəvi olaraq kişi sahəsi hesab edildiyindən, energetika ilə bağlı texniki ixtisaslarda qadınlar hələ də kifayət qədər təmsil olunmur. Qadınları bu sahəyə inteqrasiya etmək çox vacibdir, çünki onlar dəyişikliklərə yeni baxış gətirirlər. Enerji sektoru təkamül edir və əmək bazarı da onunla birgə dəyişməlidir", - o deyib.

EBRD mütəxəssisi gender balansına nail olmaq üçün qadınların müxtəlif sahələrə, o cümlədən energetikaya daha geniş cəlb edilməsinin vacibliyini vurğulayıb:

"Bu gün əsas məqsədimiz gələcək təşəbbüslərimizə inteqrasiya edə biləcəyimiz təcrübə və qabaqcıl metodları müzakirə etmək və bölüşmək, həmçinin digər şirkətlərin öz fəaliyyətlərində bu məsələləri necə həll etdiyini öyrənməkdir. İnanıram ki, bu gün biz əməkdaşlıq, müzakirələr və ekspertiza mübadiləsi üçün möhkəm platforma yarada biləcəyik. Bu, Azərbaycanda daha inklüziv və gələcəyin çağırışlarına hazır olan enerji sektoru yaratmağa kömək edən praktiki həllər, tövsiyələr və ideyalar hazırlamağa imkan verəcək".

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər