Hesablama Palatası satınalma qanunvericiliyinə yenidən baxılmasını təklif edir
Far.Az xəbər saytı

Hesablama Palatası satınalma qanunvericiliyinə yenidən baxılmasını təklif edir


Azərbaycanda satınalmalar üzrə qanunvericiliyin əhatə dairəsinə yenidən baxılmalıdır.

"Report" xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.

Qurumun qənaətinə görə, aparılan nəzarət tədbirləri və təhlillər bəzi istiqamətlər üzrə mövcud prosedurların tətbiqinin çətin və ya qeyri-mümkün olduğunu göstərir. Bu isə "Dövlət satınalmaları haqqında" qanunun əhatə dairəsinə yenidən baxılmasını zəruri edir.

Təkliflərə əsasən, icbari sığorta xidmətlərinin alınması zamanı sığortalıların sığortaçı seçməkdə sərbəst olması nəzərə alınaraq bu sahədə xüsusi yanaşma tətbiq olunmalıdır.

Bundan başqa, ekspert və mütəxəssis xidmətlərinin cəlb olunmasının mövcud normativ qaydalarla tənzimləndiyi və qiymətlərin əvvəlcədən müəyyən edildiyi nəzərə alınaraq, bu xidmətlərin birbaşa satınalma yolu ilə həyata keçirilməsi təklif olunur.

Palata yanacaq və rabitə xidmətləri üzrə də bazar şəraitinin spesifikliyini vurğulayır. Qeyd edilib ki, bu sahələrdə qiymətlərin sabit olması və təchizatçı marağının aşağı olması səbəbindən mövcud prosedurlar çox vaxt nəticəsiz qalır.

Həmçinin aşağı məbləğli satınalma predmetləri üzrə eyni mürəkkəb prosedurların tətbiqinin effektivliyi azaltdığı bildirilir. Bu istiqamətdə daha sadələşdirilmiş mexanizmlərin tətbiqinin zəruriliyi qeyd olunur.

Palata hesab edir ki, bu dəyişikliklər dövlət satınalmalarının daha çevik və effektiv həyata keçirilməsinə imkan verə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər