Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub
Aprelin 29-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səfərin məqsədi "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etməkdir. Əvvəlcə, nümayəndə heyəti Daşkənd şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Məlumata görə, aprelin 29-da Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü" kimi qeyd edilir.
Azərbaycan FHN-in nümayəndə heyətinin iştirak etdiyi və Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.
Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri, eləcə də tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə zəlzələ ilə əlaqəli fəlakət riskini azaltmaq məqsədilə dövlətlərin malik olduqları imkanların səfərbər edilməsi, seysmik təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan alimlər, tədqiqatçılar və mütəxəssislər arasında davamlı dialoq mexanizminin yaradılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən müasir texniki nailiyyətlər və rəqəmsallaşmanın tətbiqi ilə birgə elmi tədqiqatların aparılması və nəticələrinin qlobal miqyasda reallaşdırılması kimi məsələlər müzakirə olunub.
Beynəlxalq tədbir çərçivəsində iştirakçılar 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış "Cəsarət" abidəsini ziyarət ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Azizbek İkramovla görüşüb.
Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, əhəmiyyətini vurğulayıb. Qədim tarixi köklərə malik Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir, bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.
Nazir "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı"nın hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini bildirib.
Özbəkistan Respublikasının fövqəladə hallar naziri Azizbek İkramov, öz növbəsində, Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib. Nazir A.İkramov Azərbaycan və Özbəkistan arasında çoxəsrlik tarixə malik münasibətlərin hər iki ölkə liderlərinin strateji və müdrik baxışları sayəsində ildən-ilə daha da genişləndiyini vurğulayıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
-
İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib
-
Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı













