GTA VI oyununun qiyməti 100 dollar olacaq?
Far.Az xəbər saytı

GTA VI oyununun qiyməti 100 dollar olacaq?


"Grand Theft Auto VI" oyununun qiyməti ilə bağlı yayılan yüksək məbləğ iddiaları özünü doğrultmayıb.

Far.Az xəbər verir ki, bu barədə "IGN" nəşri məlumat yayıb.

"Take-Two Interactive" şirkətinin baş direktoru Strauss Zelnik bildirib ki, oyun üçün "super-premium" qiymət tətbiq olunması planlaşdırılmır. Onun sözlərinə görə, sənayedə səsləndirilən bu iddialar şirkətin planlarına uyğun deyil.

Oyunun rəsmi qiyməti hələ açıqlanmayıb. Lakin daha əvvəl analitiklər və jurnalistlər standart versiyanın 80–100 dollar arasında olacağını ehtimal edirdilər. Zelnik bu rəqəmləri təsdiqləməkdən imtina edib və vurğulayıb ki, məhsulun dəyəri onun keyfiyyəti ilə qiyməti arasındakı balansdan asılıdır. O qeyd edib ki, istifadəçilər aldıqları məhsulun dəyərini hiss etməlidirlər.

Şirkət rəhbəri eyni zamanda gələcək oyunun uğuruna əmin olduğunu bildirib. Onun sözlərinə görə, komanda maksimum dərəcədə cəlbedici və keyfiyyətli oyun hazırlamağa fokuslanıb və bu məqsədə nail olunarsa, kommersiya uğuru da öz-özünə gələcək.

Bundan əlavə, Zelnik şirkətin digər layihələri barədə də danışıb. O, "L.A. Noire" kimi layihələrin inkişaf perspektivlərinin nəzərdən keçirildiyini desə də, hələlik konkret elanların olmadığını bildirib. O qeyd edib ki, bu kimi yeniliklər yalnız "Rockstar Games" tərəfindən açıqlanacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər