Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycandan sonra karyerasının ən vacib səfərinin baş tutacağını - Çinə yollanacağını bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya dövlət başçısı yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bir daha dilə gətirib.
Serbiya Prezidenti əlavə edib ki, bu səfərlə əlaqədar nümayəndə heyətləri Çinə gedəcək: "İqtisadiyyat naziri artıq orada təxminən on gün vaxt keçirib. Bir çox digər nazirlər də hazırlıq prosesi çərçivəsində öz işlərini icra edirlər. İnanıram ki, Serbiya vətəndaşlarının məmnun edəcək bir çox məsələlərin həllinə nail olacağıq. Lakin əsas məqsədimiz tikinti sektorunun və sənayenin inkişafı olmalıdır".
A.Vuçiçin fikrincə, Serbiya üçün tarixi əhəmiyyət daşıyacaq Çinə səfərindən sonra robot istehsalı nəzərdə tutulan zavodun tikintisi ilə bağlı bütün məsələlər üzrə yekun razılıq əldə olunacaq. O qeyd edib ki, ilk robotların artıq iyun ayında istehsal xəttindən çıxacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub













