Ruandalı ekspert: Dekolonizasiya artıq yalnız siyasi müstəqillik demək deyil
Bu gün dekolonizasiya siyasi müstəqillik çərçivəsindən çox kənara çıxaraq qlobal dünyada kimlik, özünüifadə və gənclərin rolu məsələlərini əhatə edir.
"Report" xəbər verir ki, bu barədə ruandalı media eksperti Umuhoza Natete Verite Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı beynəlxalq forumda bildirib.
"Bu gün dekolonizasiya artıq sadəcə siyasi müstəqillik demək deyil. Bu, bizim səsimizin, kimliyimizin və qlobal məkanda yerimizin qorunub saxlanmasıdır. Bu, eyni zamanda, xüsusilə Qlobal Cənubda gənclərin imkanlarını məhdudlaşdıran iqtisadi və sosial strukturların aradan qaldırılmasıdır", - o deyib.
Ekspert qeyd edib ki, Ruandada gənclərə yatırılan sərmayələr transformasiyanın əsas amilinə çevrilib: gənclər innovasiyalara, sahibkarlığa və vətəndaş fəaliyyətinə fəal şəkildə cəlb olunurlar.
Onun sözlərinə görə, buna baxmayaraq, imkanlara əlçatanlıq qeyri-bərabər olaraq qalır, gənclərin iştirakı isə çox vaxt formal xarakter daşıyır və heç də həmişə qərarların qəbul edilməsinə real təsir göstərmir.
"Əgər biz postkolonial gələcək haqqında ciddi danışırıqsa, gənclərin sadəcə proseslərə daxil edilməsi çərçivəsindən kənara çıxmalıyıq. Onların qərarların qəbulunda real səlahiyyətə malik olduğu sistemlər yaratmaq, bacarıqlara sərmayə yatırmaq, ideyaları dəstəkləmək və bütün səviyyələrdə iştirak imkanlarını genişləndirmək lazımdır", - Umuhoza Natete Verite bildirib.
O, həmçinin gənclərin müstəqil şəkildə öz narrativlərini formalaşdıra, mədəni kimliyini qoruyub saxlaya və öz cəmiyyətlərinin inkişaf istiqamətlərini müəyyən edə bilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda gənclərin postkolonial dövrdə roluna həsr olunmuş beynəlxalq forum keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













