Lənkəranda tullantı suları dənizə axıdıldı - TƏDBİR GÖRÜLDÜ
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti (SİMDNX) tərəfindən Xəzər dənizini çirkləndirən quş kəsim sexi ilə bağlı inzibati tədbir görülüb.
Bu barədə Far.Az-ə SİMDNX-dən məlumat verilib.
Qeyd olunub ki, xidmət tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb.
"Belə ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında 2026-cı il aprelin 17-də xidmət əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.
SİMDNX-dən verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən olunub ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı arx vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.
Fakt üzrə xidmətin tabeliyində fəaliyyət göstərən mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən müxtəlif nöqtələrdən su nümunələri götürülərək analiz edilib. Nəticələrə əsasən, tullantı sularının tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu və suların təmizlənmədən dənizə axıdıldığı təsdiqlənib.
Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq, kəsim sexinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub.
SİMDNX tərəfindən ətraf mühitin mühafizəsi və su ehtiyatlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













