Rövşən Muradov: "Gömrük tənzimlənməsi daha çevik, şəffaf və biznesyönümlü olacaq"
Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər gələcəkdə gömrük tənzimlənməsini daha çevik, şəffaf, biznes yönümlü modelə keçirəcək.
"Report" xəbər verir ki, bunu deputat Rövşən Muradov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında - "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəsi zamanı bildirib.
"Dəyişikliklər xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkil edilməsinə hüquqi zəmin yaratmaqla bərabər, eyni zamanda məmur-sahibkar-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etməsinə, ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafında gömrüyün rolunun artırılmasına mühüm töhfə verəcək. Gömrük qanunvericiliyinin anlayışlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına dair olan dəyişiklik, beynəlxalq təcrübə və layihələr çərçivəsində formalaşmış təkliflərin gömrük qanunvericiliyinə implementasiyası, gömrük prosedurlarının hüquqi terminologiyasını beynəlxalq praktikaya uyğunlaşdırılması və normativ tənzimləmənin tətbiq olunması imkanlarının artırılması məqsədi daşıyır", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, gömrük prosedurları dairəsinin dəqiqləşdirilməsi, əməliyyatların daha aydın tənzimlənməsi, idarəetmə sisteminin optimallaşdırılması və gömrük rəsmiləşdirilməsi üzrə güzəşt və sadələşdirmə tədbirləri ilə bağlı dəyişiklik gömrük nəzarəti və rəsmiləşdirilməsinin sadə, güzəştli tətbiqinə, risk idarəetmə sistemi əsaslı gömrük nəzarəti formalarının təkmilləşdirilməsinə, gələcəkdə logistika və beynəlxalq ticarətdə istifadə olunan müasir mexanizmlərin hüquqi əsasının formalaşdırılmasına və idarəetmə mexanizmlərinin daha səmərəli təşkilinə xidmət edəcək. Gömrük təmsilçiliyi institutunun yenidən qurulması, inzibati prosedurların sadələşdirilməsi, inzibati icraat proseslərinin təşviqi və səlahiyyətli iqtisadi operator institutunun yenilənməsi kimi layihədə əks olunan dəyişiklik isə lisenziyalaşdırmanın və inzibati yükün azaldılmasını, gömrük xidmətləri bazarında rəqabətin genişlənməsi və prosedurların sadələşdirilməsini, eyni zamanda inzibati proseslərin legitimliyinin təmin olunmasını və biznes subyektləri, həm də səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün daha əlverişli hüquqi mühitin yaradılmasını nəzərdə tutur".
"Həmçinin ticarətin asanlaşdırılması, rəqəmsallaşmanın genişləndirilməsi, gömrük nəzarəti və audit, tranzit və beynəlxalq daşımalar üzrə nəzarət mexanizmlərini dəqiqləşdirməklə təkmilləşdirilməsi, gömrük informasiya sistemi və məlumatların qorunmasının tənzimlənməsi məsələləri ilə bağlı dəyişiklik isə ticarətin asanlaşdırılması mərkəzləri konsepsiyasının tətbiqini, xarici ticarət və logistik əməliyyatların sürətləndirilməsini, rəqəmsal və elektron gömrük mexanizmlərinin genişləndirilməsini, həmçinin beynəlxalq nəqliyyat və tranzit əməliyyatlarının, habelə logistik zəncirin daha təhlükəsiz və effektiv təşkilini nəzərdə tutmaqla yanaşı, həm də gömrük informasiya sistemlərinin fəaliyyətinin hüquqi əsaslarını gücləndirməyə, məlumat təhlükəsizliyini təmin etməyə və rəqəmsal gömrük xidmətlərinin inkişafını dəstəkləməyə yönəlib", - deyə deputat əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB













