Qolam Möhseni-Ecei: İran heç vaxt danışıqlardan imtina etməyib
Far.Az xəbər saytı

Qolam Möhseni-Ecei: İran heç vaxt danışıqlardan imtina etməyib


İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Ecei bildirib ki, Tehran həmişə dialoqa hazırdır, lakin onları yalnız rasional mövqelərdən aparmağın mənası var.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" "Press TV"yə istinadən məlumat yayıb.

"İran heç vaxt danışıqlardan çəkinməyib. Biz onları həmişə alqışlamışıq, lakin yalnız məntiqə və sağlam düşüncəyə əsaslananları. Biz təzyiqi və zorla qəbul etdirilən şərtləri qəbul etmirik", - o deyib.

Möhseni-Eceinin sözlərinə görə, əgər İranın rəqibləri təhdidlərlə və döyüş meydanında öz məqsədlərinə çata bilməyiblərsə, bu, danışıqlar masası arxasında da alınmayacaq.

O əlavə edib ki, ABŞ və İsrailin İrana hücumu ilə əlaqədar Tehran hüquqi addımlarını beynəlxalq arenada davam etdirəcək. Bununla yanaşı, o vurğulayıb ki, İran ölkəyə edilən hücumlardan dəyən zərərin kompensasiya olunmasına çalışacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılaşma əldə etmədən başa vurublar. ABŞ Prezidenti Donald Tramp aprelin 22-də atəşkəs rejiminin müddətsiz xarakter daşıdığını elan edib.

Lakin saziş bağlamaq üçün Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlandığını bildirib. Regiondakı vəziyyət isə dünya enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər