Qarafuliç: Qarabağa səfərlər Azərbaycanın sülhə can atdığını anlamağa kömək edir
Far.Az xəbər saytı

Qarafuliç: Qarabağa səfərlər Azərbaycanın sülhə can atdığını anlamağa kömək edir


Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri sayəsində Azərbaycan diplomatik ictimaiyyətə öz tarixini daha dərindən öyrənmək və ölkənin sülhə can atdığını anlamaq imkanı yaradır.

"Far.Az" xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç səfər çərçivəsində bildirib.

"Bu mənim ilk səfərimdir (Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – red.) və mən çox təsirlənmişəm, belə bir imkana görə minnətdaram. Düşünürəm ki, siz hamımıza, bütün diplomatik ictimaiyyətə tarixinizi öyrənmək, bütün əziyyətlər barədə məlumat əldə etmək və niyə sülhə can atdığınızı başa düşmək üçün yaxşı imkan yaradırsınız. Bu, mənim bütün həmkarlarım üçün çox müsbət bir təcrübə oldu", - o deyib.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndələri iştirak edir.

Səfərdə diplomatik korpus nümayəndələrini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İqor Qarafuliç BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər