Muhammad Nasar Hayat: FAO Qarabağda yeni layihələr planlaşdırır
Azərbaycanın Qarabağ regionuna hər yeni səfərdən sonra nəzərəçarpan irəliləyiş və inkişaf müşahidə olunur.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat jurnalistlərə bildirib.
"Mən bu regionda dəfələrlə olmuşam. Hər dəfə bura gələndə daha çox inkişaf və tərəqqi görürəm. Düşünürəm ki, Azərbaycanın bu hissəsində təbiətin, mədəniyyətin və tarixin necə qorunub saxlanıldığını müşahidə etmək çox maraqlıdır. Hesab edirəm ki, burada heyranlıq doğuran işlər görülüb", - o qeyd edib.
O, FAO ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışarkən təşkilatın bir sıra layihələr həyata keçirdiyini qeyd edib. O bildirib ki, bu layihələr Qarabağ regionunda da həyata keçirilib:
"FAO bir neçə istiqamətdə, xüsusən də ölkənin bu hissəsində fəaliyyət göstərir. Bizim Ağalıda layihəmiz var, orada Azərbaycanda "Digital Villages" təşəbbüsünü dəstəkləyirik. Biz bu regionda yeni layihələrə ümid edirik".
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib













