Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
Far.Az xəbər saytı

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub


Heydər Əliyev Mərkəzində mayın 2-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.

"Far.Az" xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən filmdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur.

Filmin süjet xətti Ümummilli Lider Heydər Əliyevin çıxışları, müsahibələri əsasında onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Filmdə Ümummilli Liderin Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, 30 illik işğaldan sonra torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər