Sahil Babayev Asiya İnkişaf Bankının İllik Toplantısında iştirak edəcək
Mayın 3-6-da Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu İllik Toplantısı keçiriləcək.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
"Tərəqqinin kəsişmə nöqtəsi" devizi ilə keçirilən toplantı Asiya və Sakit okean regionunda yaşıl transformasiya, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunub. Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla üç mindən çox nümayəndənin iştirakı gözlənilir.
Xatırladaq ki, 1966-cı ildə yaradılan ADB-nin baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan ABB-yə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib
-
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır













